Xəzər Xəbər

Alma orqanizmi xərçəngdən qoruyur

Cəmiyyət | 09:55 • 28 Noyabr 2022
Alma orqanizmi xərçəngdən qoruyur

Azı bir milyard insanın gündəlik qida rasionuna daxil olan alma çoxumuzun sevimli meyvəsidir. Alma supermeyvə kimi öz reputasiyasını doğruldur.

Xezerxeber.az xəbər verir ki, amerikalı tədqiqatçılar (Montana Dövlət Universiteti) almanın insan bağırsağı üçün şübhəsiz faydalarını əsaslandırıblar.

Məlum olub ki, bu meyvənin otoimmün xəstəliklərdə, xoralarda və kolitdə həzm sistemində iltihaba səbəb olan patogenləri boğduğu sübut edilib. Alma orqanizmi digər meyvələrdən daha yaxşı kolon (yoğun bağırsaq) xərçəngindən qoruyur.

Heyvanlar üzərində aparılan tədqiqatlar göstərib ki, almanın tərkibində bağırsaqlarda iltihaba səbəb olan hüceyrələrin fəaliyyətini dayandıra bilən antioksidant polifenollar var.

Əslində, polşalı tədqiqatçılar artıq 592 xərçəng xəstəsi və 765 sağlam insanı əhatə edən böyük təcrübə aparıblar. Təcrübə göstərib ki, bir insan gündə bir alma yeyərsə, bağırsaq xərçənginə tutulma ehtimalı əhəmiyyətli dərəcədə azalır.

Alimlər almanın belə xüsusiyyətlərini bu meyvələrin tərkibində çoxlu miqdarda flavonoidlərin - heterosiklik oksigen tərkibli birləşmələrin olması ilə izah edirlər. Onlar antioksidant kimi fəaliyyət göstərir, sərbəst radikalların təsirindən qoruyaraq bununla da şiş hüceyrələrinin əmələ gəlməsinin və çoxalmasının qarşısını alır.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti