Xəzər Xəbər

Əlilliyi olan şəxslərin reablitasiya mərkəzlərinə qəbulu başlanır - VİDEO

Veb TV | 22:14 • 23 Sentyabr 2020
Əlilliyi olan şəxslərin reablitasiya mərkəzlərinə qəbulu başlanır -

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reablitasiya mərkəzlərində oktyabrın əvvəllərindən əlilliyi olan şəxslərin qəbuluna başlanması nəzərdə tutulur.

Xezerxeber.az-ın məlumatına görə, bunu Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinin mətbuat katibi Gülnar Əzizova deyib.

O bildirib ki, əhali arasında virusa yoluxma sayının azalması və xəstələrin sağalmasında müsbət dinamika nəzərə alınaraq, əlilliyi olan şəxslərin reablitasiya mərkəzlərində mərhələli şəkildə qəbulu planlaşdırılır.

Gülnar Əzizova bildirib ki, həmin şəxslərin növbəlilik əsasında, pandemiya qaydalarına uyğun reablitasiya müəssisələrinə qəbulu həyata keçiriləcək.

Xatırladaq ki, əvvəllər əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar maksimum 10-15 gün ərzində həm stasionar, həm də ambulator formada reablitasiya görürdülər. Pandemiya ilə əlaqədar olaraq artıq onlar sadəcə stasionar formada qəbul ediləcəklər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti