Xəzər Xəbər

Goranboyda günəbaxan yığımı başlanılıb - Bu il məhsul boldur - VİDEO

Veb TV | 20:29 • 29 İyul 2018
Goranboyda günəbaxan yığımı başlanılıb -

Goranboy rayonunda günəbaxan yığımına başlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, digər rayonlara nisbətən Goranboyda günəbxan daha çox becərilir. Artıq bir neçə gündür ki, bu rayonda məhsulun yığımına başlanılıb. Həm əl əməyi, həm də texnika vasitəsi ilə toplanan günəbaxan bu il yüksək məhsuldarlığı ilə seçilir.

Rusiyadan gətirilən toxumdan becərilən günəbaxan əsasən paketlənərək satışa çıxarılır.

Təsərüffat sahibləriin sözlərinə görə, iri tumlar seçildikdən sonra xırdalar yağ çəkilməsi üçün göndərilir. Hazırda sahələrdə biçin yenicə başlandığından fermerlər qiymətlərin müəyyənləşmədiyini bildiriblər.

Fermerlərin sözlərinə görə, ötən il günəbaxanın kiloqramı 1 manata satılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti