Xəzər Xəbər

Şimal bölgəsində güclü yanğın baş verib - VİDEO

Veb TV | 19:37 • 28 İyul 2018
Şimal bölgəsində güclü yanğın baş verib -

Qubada güclü yanğın olub.

Xezerxeber.az-ın məlumatına görə, Qonaqkənd ərazisində baş verən yanğın meşə massivinə də keçib.

Quba Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları, o cümlədən kənd sakinləri yanğının söndürülməsində iştirak ediblər. Kənd sakinlərinin verdiyi məlumata görə, təxminən 10 hektara yaxın ərazi yanıb.

Siyəzəndə də yanğın olub. Əriziküş kəndi ərazisində qeydə alınan yanğın Şabranın Zöhrabkənd kəndinə keçib. Alovun meşəyə yayılması ehtimalı var.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, aviasiya dəstəsinin 2 ədəd "Mİ-17" helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata görə, Quba rayonu ərazisində yanğınlar məhdudlaşdırılıb. Yanğınsöndürmə işləri mürəkkəb reylefli yüksək dağ massivində aparılır.

Ağsuda da güclü yanğın baş verib. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə rayonun Qırlar kəndi yaxınlığındakı meşə ərazisinin yanması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Şamaxı və İsmayıllı rayonlarından da yanğınsöndürənlər alovun söndürülməsinə cəlb edilib. İlkin məlumata görə, bələdiyyəyə məxsus ərazidə 2 hektar biçilmiş taxıl sahəsi və xeyli ərazidə kol-kos yanıb. Meşə ərazisi yanğından mühafizə olunub. Yanğın məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Ərazi mürəkkəb relyefdə yerləşdiyi üçün yanğınsöndürmə işlərində əsasən əl əməyindən istifadə olunur.

Faktla bağlı araşdırma aparılır. İlkin ehtimala görə, yanğın istirahət guşələrindən birində dincələn insanların ehtiyatsızılığı ucbatından baş verib.

Nuydi kənd bələdiyyəsinin sədri Fəxrəddin Osmanov deyib ki, 2 hektara yaxın yer yanıb: "Biçilmiş taxıl sahəsidir. Küləşi yığılmamışdı. Bizə də məlumat verildi, gəldik. Bilinmir kim tərəfindən yandırılıb. İstintaq gedir. Bir də 20-30 sot kol-kos yanıb".

Xezerxeber.az yanğının görüntülərini təqdim edir:



Xəbər lenti