Xəzər Xəbər

Katalizatoru olmayan avtomobillərin sürücüləri cərimə ediləcək? VİDEO

Veb TV | 19:34 • 30 Aprel 2024
Katalizatoru olmayan avtomobillərin sürücüləri cərimə ediləcək?

Bütün avtomobillərdə katalizatorların yoxlanılacağı və katalizatoru yerində olmayan maşınların sürücülərinin cərimə ediləcəyi ilə bağlı məlumat yayılıb.

Bunun nə qədər doğru olub - olmamasınını öyrənmək üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etdik. 

Xezerxeber.az-ın məlumatına görə, İdarənin inspektoru Elvin Hacıyev bildirdi ki, mayın 15-dən etibarən respublika ərazisində ''Təmiz hava'' aylığının keçirilməsinə başlanacaq.

Məqsəd atmosferə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu avtonəqliyyat vasitələrinin istismarının qarşını almaqdır.

Ustalar deyirlər ki, adətən, o avtomobildən normadan artıq işlənmiş qaz avtosferə xaric edilir ki, onların katalizatoru işləmir və yaxud da yoxdur. Bəzən sürücülər onu avtomobildən çıxarırlar ki, bu da atmosferin çirklənməsinə səbəb olur.

Usta Anar Əliyev hesab edir ki, katalizatoru işləməyən və yaxud da olmayan nəqliyyat vasitələrinin yanacaq sərfiyyatı da artır. Bir sözlə, bu detalın avtomobildə olmaması sürücüyə daha çox ziyan vurur.

Qeyd edək ki, yoxlama zamanı normadan artıq tullantı ixrac etdiyi müəyyən edilən avtomobil sahibləri inzibati qaydada 50 manat məbləğdə cərimə olunacaqlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar