Xəzər Xəbər

İmişlidə və Şəmkirdə ağır yol qəzaları baş verib - Ölənlər və yaralananlar var VİDEO

Veb TV | 19:50 • 30 Aprel 2024
İmişlidə və Şəmkirdə ağır yol qəzaları baş verib - Ölənlər və yaralananlar var

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Kür qəsəbəsi yaxınlığında qeydə alınıb.

Sənan Quliyevin idarə etdiyi maşın idarəetmədən çıxıb və avtoyuma məntəqəsinə çırpılıb.

Nəticədə avtomobildə olan sərnişin, rayonun Mahmudlu kənd sakini 39 yaşlı Aslan Kirov həyatını itirib. 

İmişlidə də yol -nəqəliyyat hadisəsi baş verib. Minik maşınlarının toquşması  nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Gecə saatlarinda Nəcməddin Savalanov küçəsində iki  avtomobilin toqquşması nəticəsində xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Onlardan ikisinin vəziyyəti ağır olduğu üçün Bakıya aparılıb. İmişli xəstəxanasında reanimasiyaya yerləşdirilən əkiz azyaşlılardan biri isə dünyasını dəyişib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti