Xəzər Xəbər

Yağıntılı hava şəraiti kənd təsərrüfatına müsbət təsir edəcək VİDEO

Veb TV | 22:06 • 25 Mart 2024
Yağıntılı hava şəraiti kənd təsərrüfatına müsbət təsir edəcək

Son günlər yağan yağışlar kənd təsərrüfatına müsbət təsir edəcək.

Xezerxeber.az-ın məlumatına görə, bunu kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Allahverdiyev deyib.

O hesab edir ki, havaların yağıntılı keçməsi taxılçılıq və dənli-paxlalı bitkilərin əkini üçün olduqca əhəmiyyətlidir.

Mütəxəssis bildirib ki, hava şəraiti şaxtalı olsaydı, fermerlər üçün ciddi çətinliklər yarana bilərdi. Ancaq mövcud vəziyyət fermerlərin işini asanlaşdıracaq və onlar suvarma üçün əlavə xərc çəkməyəcəklər.

Mütəxəssis əlavə edib ki, yağıntılı hava şəraiti çaylarda suyun səviyyəsini artıracaq və bu da əkin sahələrinin suvarılmasında mühüm rol oynayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti