Xəzər Xəbər

Gəncədə üç ay əvvəl küləyin uçurtduğu dam örtüyü hələ də bərpa edilməyib VİDEO

Veb TV | 21:11 • 25 Mart 2024
Gəncədə üç ay əvvəl küləyin uçurtduğu dam örtüyü hələ də bərpa edilməyib

Gəncədə ötən il dekabrın 23-də güclü küləyin uçurtduğu dam örtüyü hələ də bərpa edilməyib.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər binanın döşəməsinə, masaların üzərinə müxtəlif qablar düzərək evə daman yağış suları ilə mübarizə aparmağa çalışırlar.

Hər yağış yağanda eyni vəziyyət yarandığından sakinlərin binanın damına polietilen örtüklər sərərək suyun dammasının qarşısını almağa çalışırlar. Buna baxmayaraq, binanın bloklarında və mənzillərdə yağıntıların fəsadları aşkar görülməkdədir.

Məsələ ilə bağlı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstismar Birliyindən “Xəzər Xəbər”ə bildirildi ki, sözügedən ünvanda küləyin törətdiyi fəsadla əlaqədar müvafiq hesablama və sənədləşmə işləri aparılıb. Yaxın günlərdə zəruri tikinti materiallarının ayrılması və təmir işlərinə başlanması nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024