Xəzər Xəbər

Kürdəmirdə 9-cu sinif şagirdinin bıçaqlanma hadisəsi ilə bağlı YENİ DETALLAR VİDEO

Veb TV | 20:00 • 19 Mart 2024
Kürdəmirdə 9-cu sinif şagirdinin bıçaqlanma hadisəsi ilə bağlı YENİ DETALLAR

Şagirdləri arasında baş verən mübahisə sonda qanla nəticələnib. Məktəblilərdən biri digərini bıçaqlamaqda şübhəli bilinir. Bıçaqlanan şagirdin vəziyyəti ağırdır.

Xezerxeber.az xəbər verir ki, hadisə Kürdəmirin Sığırlı kəndində, eyni məktəbdə təhsil alan yeniyetmələr arasından elə dərs saatında baş verib.

Ağır xəsarət alan şagirdin yaxınları onu dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Bıçaqlanan şəxsin nənəsinin sözlərinə görə, uşaqların əvvəldən bir-birləri ilə heç vaxt ədavətləri olmayıb.

Hadisə zamanı 12 bıçaq xəsarəti alan azyaşlının əməliyyatı bir neçə saat davam edib. Əməliyyat başa çatdıqdan sonra isə onu reanimasiya şöbəsinə yerləşdiriblər və vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, bıçaqlanan yeniyetmənin valideynləri Sumqayıt şəhərində yaşayırlar. Məktəbli isə Kürdəmirin Sığırlı kəndində babası ilə yaşayaraq orada məktəbdə gedir. Hazırda faktla bağlı araşdırma davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti