Xəzər Xəbər

Hava dəyişir... Yenə SEL xəbərdarlığı... VİDEO

Veb TV | 21:40 • 3 İyun 2023
Hava dəyişir... Yenə SEL xəbərdarlığı...

Sabahdan ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək. Bəzi bölgələrdə intensiv yağış yağacaq, dolu düşəcək.

Xezerxeber.az-ın xəbərinə görə, Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, Bakıda və Abşeron yarmadasında havanın əsasən küləkli keçəcəyi gözlənilir.

Onun sözlərinə görə,  bölgələrdə yağıntının leysan xarakterli olacağı ehtimal olunur.

"Dəyişiklik xüsusi ilə dağlıq və dağətəyi rayonlarda hiss olunacaq. Gözlənilən hava şəraiti ilə əlaqədar çaylarda suyun səviyyəsi artacaq."

Mərkəzin direktoru qeyd edib ki, ölkə ərazisinə tez-tez şimal qərbdən soyuq hava kütlələri daxil olması və qlobal iqlim dəyişkliyi nəticəsində qeyri-sabit hava şəraiti müşahidə edilir.

"O, hava şəraiti ilə bağlı əhaliyə çağırış edib."

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti