Xəzər Xəbər

Utilizasiya avtomobil "ölüxanalarında" QİYMƏT endiriminə səbəb olacaqmı? VİDEO

Veb TV | 21:35 • 3 İyun 2023
Utilizasiya avtomobil "ölüxanalarında" QİYMƏT endiriminə səbəb olacaqmı?

İkinci əl avtomobil ehtiyyat hissələri ucuzlaşa bilər

Xezerxeber.az xəbər verir ki, nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyir ki, buna səbəb avtomobillərin gözlənilən utilizasiyasıdır.

Ekspert bildirib ki, köhnə maşınların ölkəyə gətirilməsi məhdudiyyəti ilə bağlı qərardan sonra ikinci əl avtomobil bazarında qiymətlər təxminən 5 faiz yüksəlib.

"Utilizasiya proqramının həyata keçirilməsi yaxınlaşdıqca, ikinci əl avtomobillər üçün ehtiyat hissələrinin qiyməti kəskin enəcək. Çünki avtomobil parkı yenilənirsə, ikinci əl ehtiyat hissələrinə artıq ciddi ehtiyac qalmayacaq."

Eldəniz Cəfərovun sözlərinə görə ölkədə mövcud olan avtomobil sənayesinin təkmilləşdirilməsi prosesi də ehtiyat hissələri bazarına təsirsiz ötüşməyəcək.

Ekspert əlavə edib ki, avtomobillərin utilizasiyası prosesi həyata keçiriləndə avtomobillərin qiymətində ciddi dəyişiklik olmayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024