Xəzər Xəbər

Aran Qarabağın torpaqları deqradasiyaya məruz qalıb VİDEO

Veb TV | 21:28 • 29 Noyabr 2022
Aran Qarabağın torpaqları deqradasiyaya məruz qalıb

Aran Qarabağın torpaqlarının antropogen yüklənməsi son otuz ildə müsbət dinamika üzrə davam edib, nəticədə əkinaltı torpaqlar tip, yarımtip səviyyədə morfogenetik istiqamətdə transformasiyaya uğrayaraq, mülayim, qismən şiddətli dərəcədə fiziki-kimyəvi deqradasiyaya məruz qalıb.

Xezerxeber.az-ın məlumatına görə, Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşlarının apardıqları tədqiqatlar nəticəsində belə məlum olub. 

Coğrafiya İnstitutunun şöbə müdiri İsmayıl Quliyev deyib ki, Bərdə, Ağdam, Ağcəbədidə antropogen yüklənmə həddindən artıq çoxdur. Heyvanların sayı artıb, örüş-otlaq sahələr isə azalıb. Həmçinin torpaların intensiv əkilməsi də deqreadsiyaya səbəb olan əsas amillərdəndir.

Qarabağın Arazboyu torpaqlarının antropogen yüklənməsi isə normal səviyyədə olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar