Xəzər Xəbər

Şabranda ağır yol qəzası: Ölən və yaralanan var VİDEO

Veb TV | 19:51 • 22 Sentyabr 2022
Şabranda ağır yol qəzası: Ölən və yaralanan var

Şabranda yük maşını ilə minik avtomobilinin toqquşması 1 nəfərin ölümünə səbəb olub. Neftçalada isə minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Maşında olan 2 qardaşdan 1-i dünyasını dəyişib.

Şabranda ağır yol qəzası olub.

Yol nəqliyyat hadisəsi Şabranın Şahnəzərli kəndində baş verib. Quba rayon sakini Rəhim Allahverdiyevin idarə etdiyi yük maşını minik avtomobili ilə toqquşub.

Minik avtomobilinin sürücüsü isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Neftçalada da 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası qeydə alınıb. Hadisə rayonun Qardaşbəyli kəndi ərazisində baş verib. 22 yaşlı salyan rayon sakini Cahid Abbasov minik avtomobili ilə  hərəkətdə olarkən sükana nəzarəti itirib və avtomobil yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib. Qardaşı, 23 yaşlı Şəhriyar Abbasov isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti