Xəzər Xəbər

Biləsuvarda 2 min nəfər əhalisi olan kənddə su tapılmır VİDEO

Veb TV | 19:59 • 22 Sentyabr 2022
Biləsuvarda 2 min nəfər əhalisi olan kənddə su tapılmır

Biləsuvar rayonunun Təzəkənd kəndində su problemi yaşanır. Suyun olmaması kəndliləri çətin vəziyyətə salıb. Sakinlər deyirlər ki, belə vəziyyət uzun müddətdir ki, davam edir. Kənd əhalisinin əsas məşğuliyəti əkinçilikdir. Suvarma suyu ilə təminatdakı problem fermerlərin istehsal etdikləri bitkilərin məhsuldarlığını aşağı salıb.

Bu kənddə nə içməyə, nə də suvarmaya su tapılır

Söhbət Biləsuvar rayonunun Təzəkənd kəndindən gedir. Sakinlər iddia edirlər ki, bir neçə aydır ki, Cənub-Muğan kanalına su buraxılmır. Bu isə kəndliləri çətin vəziyyətə salır. 

Təxminən 2000 nəfər əhalisi olan Təzəkənd kəndində 450-yə  yaxın təsərrüfat var. Sakinlər deyirlər ki, su təminatındakı problemlər bitkilərin məhsuldarlığına pis təsir göstərib. 

Məsələ ilə bağlı Cənub  Muğan  kanalı idarəsindən bildirilib ki, problemə səbəb əsas mənbə olan Araz çayında suyun səviyyəsinin kəskin şəkildə azalmasıdır. 

Görünən odur ki, sakinlər hələ bir müddət də gözləməli olacaqlar.

Xəbər lenti

Çox oxunanlar