Xəzər Xəbər

Qəbələnin “Laza” kəndində nə baş verib? - Turizm Agentliyindən AÇIQLAMA VİDEO

Veb TV | 14:05 • 15 Avqust 2022
Qəbələnin “Laza” kəndində nə baş verib? - Turizm Agentliyindən AÇIQLAMA

 

Ötən gün Qəbələnin Laza kəndində yerli sakinlərin yolu bağlayaraq turistləri kəndə buraxmadıqları ilə bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Bildirilir ki, kəndə turist kimi gələn şəxslərin qarşısını kəsən sakinlər kənddə avtomobildən istifadənin yasaqlanmasını tələb ediblər.

Dövlət Turizm Agentliyinin sözçüsü Gülnar Mustafayeva açıqlamasında bildirib ki, hadisə turistlərlə bağlı olmayıb:

“Artıq məsələ həll olunub, yol açıqdır. Məsələ ilə bağlı daha detallı araşdırma aparılacaq, amma onu qeyd etmək lazımdır ki, etiraz turistlərlə deyil, kənd sakinləri və oradakı iaşə obyekti sahibləri arasında anlaşılmazlıqdan irəli gəlib”, - deyə G.Mustafayeva açıqlamasında qeyd edib.

Qeyd edək ki, yayılan videogörüntülərdə polis əməkdaşlarının da hadisə yerində olduğu yer alıb. (Bizim.Media)

Həmin görüntüləri təqdim edirik:

 

Xəbər lenti