Xəzər Xəbər

İrəvanda baş verən partlayışda xəsarət alanların sayı 57 nəfərə çatıb YENİLƏNİB - 4/VİDEO

Dağıntılar altında insanların qaldığı ehtimal edilir
Veb TV | 19:25 • 14 Avqust 2022
İrəvanda baş verən partlayışda xəsarət alanların sayı 57 nəfərə çatıb

İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 57 nəfərə çatıb, 1 nəfər həyatını itirib. 

Xezerxeber.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, yaralanan 36 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin isə qənaətbəxşdir.

18:00

İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 51 nəfərə çatıb, 1 nəfər həyatını itirib.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

17:32

İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 45 nəfərə çatıb, 1 nəfər həyatını itirib.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

16:04

İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 30 nəfərə çatıb, 1 nəfər həyatını itirib.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, hazırda hadisə yerində yanğınsöndürmə-axtarış əməliyyatları aparılır. Partlayış zamanı çökən binalardan birinin dağıntıları altında insanların qaldığı istisna edilmir.

14:57

İrəvanda "Surmalu" Ticarət Mərkəzində yanğınla müşayiət olunan güclü partlayış baş verib.

Xezerxeber.az yerli mediaya istinadən xəbər verir ki, partlayış zamanı xəsarət alanların olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi, yaralıların dəqiq sayı açıqlanmır. Lakin bildirilir ki, dağıntılar altında xeyli insan qalıb. Partlayış zamanı ərazidəki mağazalara və avtomobillərə də ciddi ziyan dəyib. Hadisə yerinə çox sayda yanğınsöndürən, təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

İlkin məlumata görə, partlayışın təsirindən ticarət mərkəzindəki bina da dağılıb. Qeyd edilir ki, partlayış pirotexniki məhsulların olduğu mağazada baş verib, bundan sonra yanğın başlayıb və geniş ərazini əhatə edib.

Ermənistan Fövqəladə Hallar Nazirliyi ticarət mərkəzində partlayış nəticəsində 1 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını açıqlayıb.

Nazirlik yerli sakinlərə evlərini tərk etməməyi, çölə çıxmamağı məsləhət görüblər. Qeyd edilir ki, ikinci partlayış təhlükəsi var.  

Xəbər lenti