Xəzər Xəbər

Sabirabadda pambıq əkən fermerlər subsidiyalarını ala bilmirlər VİDEO

Veb TV | 19:57 • 16 Yanvar 2022
Sabirabadda pambıq əkən fermerlər subsidiyalarını ala bilmirlər

Sabirabadda pambıq təhvil verən fermerlər onlara təyin olunan subsidiyanı ala bilmirlər.

Xezerxeber.az-ın məlumatına görə, Sabirabaddan olan təsərrüfat sahibləri deyir ki, rayonun əksər kəndlərində bənzər problem yaşanır.

İddialara görə, problem daha çox torpağı icarəyə götürüb pambıq əkənlərə münasibətdə yaşanır.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov bildirib ki, bəzi fermerlər əkinlərini bəyan etməyib, amma adlarında təhvil verilmiş pambıq var.

''Hazırda tədarük məntəqələri həmin məhsullara görə ödənilməli olan subsidiyaları araşdırır. Həmin məsələ qısa zamanda həll olunacaq'',-deyə nazirlik rəsmisi əlavə edib.

Qeyd edib ki, bənzər problem 2020-ci ildə də yaşanmışdı. Həmin vaxt əkin sahələrini bəyan etməyən fermerlərə güzəştlər olunaraq subsidiyalar ödənilmişdi: "Bu gün Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə subsidiya verməsi üçün heç bir hüquqi əsası yoxdur. Çünkü onlar öz əkinlərini sistemdə bəyan etməyiblər. Buna baxmayaraq, nazirlik çalışır ki, fermerlərin subsidiya məsələsi həll olunsun''.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti