Xəzər Xəbər

Qəbələ və Tərtərdə ağır yol qəzaları baş verib, ölənlər və yaralananlar var VİDEO

Veb TV | 19:44 • 16 Yanvar 2022
Qəbələ və Tərtərdə ağır yol qəzaları baş verib, ölənlər və yaralananlar var

Qəbələdə sürücünün ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Bum qəsəbəsindən rayon mərkəzinə daxil olan yolda qeydə alınıb.

Qəbələ rayonu, Cığatelli kənd sakini 22 yaşlı Səfər Şərifovun idarə etdiyi avtomobil ''Vita'' markalı digər nəqliyat vasitəsi ilə toqquşub. Nəticədə sürücü ağır xəsarətlər alıb. Ona Qəbələ Rayon Mərkəzi Xəstəxanasında ilkin yardım edilsə də, vəziyyəti ağır olduğu üçün paytaxt Bakıya göndərilib. Həkimlərin səyinə baxmayaraq, Səfər Şərifovin həyatını xilas etmək mümkün olmayıb. 

Tərtərdə isə qəzaya uğrayan avtomobildə olanlara kömək etmək üçün gedən şəxsi cərəyan vurub. Hadisə rayonun Xoruzlu kəndi ərazisində baş verib. İdarəetməni itirərək elektrik dirəyinə çırpılan nəqliyyat vasitəsinin sürücü və sərnişinlərinə kömək etmək istəyən Bərdə rayon sakini 38 yaşlı Sənan Quliyevi cərəyan vuraraq ölüdürüb.

Faktla bağlı araşdırma aparılır.

Ağır yol qəzası nəticəsində rayonun Xoruzlu və Kəbirii kəndlərinə elektrik enerjisinin verilişində fasilə yaranıb. Həyata keçirilən tədbirlər nəticəsində problem aradan qaldırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti