Xəzər Xəbər

ŞAD XƏBƏR: Bu abituriyentlər də tələbə adını qazanacaq

Qəbul imtahanında keçid balı toplaya bilməyənlər də tələbə adını qazanacaq
Veb TV | 15:05 • 27 Oktyabr 2021
ŞAD XƏBƏR: Bu abituriyentlər də tələbə adını qazanacaq
Xəbər verdiyimiz kimi, III qrupda dil-tarix (DT) və tarix-coğrafiya (TC) altqrupları yaradılıb.
 

"Beynəlxalq münasibətlər” və "Regionşünaslıq” ixtisaslarını istəyən abituriyentlərin imtahanın II mərhələsində Azərbaycan (rus) dili və tarix fənləri ilə yanaşı coğrafiya fənnindən, DT altqrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə ədəbiyyat fənnindən imtahan verəcəklər.

Abituriyent həm ədəbiyyat həm, də coğrafiya fənnindən imtahan verə bilər. İkisindən də imtahan verənlər III qrupda bütün ixtisasları seçə biləcək.
 
Maraqlıdır, sözügedən dəyişiklik imtahan nəticələrinə hansı şəkildə təsir göstərəcək?
 
Məsələ ilə əlaqədar Sfera.az-a danışan təhsil eksperti Kamran Əsədov yeni  qərarın həm müəllimlər, həm də tələbələr üçün uğurlu olacağını bildirib:
 
"Coğrafiya fənninin III qrupa əlavə ediləcəyi gözlənilən idi, amma bu, yeni formatda həyata keçirildi. Mövcud yenilik imtahan nəticələrinə ciddi şəkildə təsir göstərməyəcək. Yeniliyi imtahan nəticəsi aşağı olan abituriyentlərə şans kimi dəyərləndirmək olar. Belə ki, artıq abituriyentlər təkcə coğrafiya fənnini seçməklə, III qrupda rahatlıqla tələbə adını qazana biləcəklər. Onu da qeyd edim ki, "Beynəlxalq münasibətlər” və "Regionşünaslıq” ixtisaslarının III qrupa əlavə edilməsi abituriyentlərin tələbə adını qazanmaq şansını artıracaq. Bu, həm də coğrafiya fənni üzrə repititor fəaliyyəti göstərən müəllimlərə də müsbət tədir edəcək”.
 
Təhsil eksperti ali təhsil müsəssiələrində qəbul imtahanında keçid balını toplaya bilməyən abituriyentlər üçün yeni şansın yaranacağını da vurğulayıb:

"Bundan başqa abituriyentlər dil-tarix ixtisası seçdikdən sonra nəticələri onları qane etməsə, ikinci dəfə şans qazanacaqlar ki, coğrafiya fənnindən imtahan verməklə başqa ixtisası da seçə bilsinlər. Ümumilikdə isə imtahan nəticələrinə təsir göstərəcək bal artımı gözlənilmir. Əksinə, aşağı və keçid balı toplaya bilməyən abituriyentlərin tələbə adı qazanmaq imkanları yaranacaq. Ümumilikdə isə coğrafiya fənninin III qrupa daxil edilməsinə müsbət yanaşıram”.

Xəbər lenti