Xəzər Xəbər

Türkiyəli nazir Zəngəzur dəhlizinin əhəmiyyətindən danışdı EKSKLÜZİV/VİDEO

Veb TV | 15:28 • 27 Oktyabr 2021
Türkiyəli nazir Zəngəzur dəhlizinin əhəmiyyətindən danışdı

Zəngəzur dəhlizinin Türkiyə, eləcə də bölgə üçün mühüm əhəmiyyətə malikdir. Bu dəhliz vasitəsilə Naxçıvan üzərindən Türkiyə ilə Azərbaycan arasında birbaşa əlaqə yaranacaq.  Yeni dəhliz iki ölkə arasında iqtisadi-ticari əlaqələrin daha da genişlənməsinə şərait yaradacaq. 

Bu fikirləri "Xəzər Xəbər"ə eksklüziv açıqlamasında Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismayıloğlu deyib.

Nazir vurğulayıb ki, Qarabağda müdhiş bərpa və yenidənqurma işləri aparılır. Onun sözlərinə görə, yaradılan infrastruktur, qurulan müəssisələr, eləcə də yatırılan investisiya bölgəyə fövqəladə dərəcədə töhfə verəcək. 

Qeyd edək ki, oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməli qoyulub.

Xezerxeber.az Adil Karaismayıloğlunun açıqlamasını təqdim edir:

 

 

Xəbər lenti