Xəzər Xəbər

Onun səsi hər bir evə tanış, doğmadır - Bu gün Əminə Yusifqızın doğum günüdür VİDEO

Veb TV | 21:21 • 24 Sentyabr 2021
Onun səsi hər bir evə tanış, doğmadır - Bu gün Əminə Yusifqızın doğum günüdür

Onun səsi hər bir evə tanış, doğmadır. Bir şeirdə müxtəlif obraza düşə bilən, müxtəlif səs tembrlərindən məharətlə istifadə edə bilən sənətkardır. Bu gün  xalq artisti, bədii qiraət ustası Əminə Yusifqızının doğum günüdür. Dəyərli sənətkarımızı "Xəzər  TV " adından təbrik edir, ona cansağlığı, sağlıqlı ömür, yeni yaradıcılıq uğurları arzulayırıq!

Şeirimizin səsi  - Əminə Yusifqızı. Hamıya yaxşı tanış olan bir  addır. Onun ürəkləri titrədən səsi, səsləndirdiyi şerlərə verdiyi qəlb yanğısını az qala gözlə görmək olur. Çünki bir qadının səsindən daha çox  bir torpağın bir Vətənin  səsidir. O, şeiri bənd-bənd, fikir-fikir, misra-misra deyil, söz-söz yaşayır, və dinləyicisinə hiss etdirir..

85 yaşını qeyd edir Əminə Yusifqizi. Onu haqqında danışanda geridə qoydugu zaman kəsiyinin yaşından çox-çox  böyük oldugu hissini yasayırıq. Çünki  səsində bir millətin əyilməz qəddi, mübarizəsi var.  

1936-cı ildə Bakıda doğulan Əminə Yusifqızı hələ məktəb yaşlarında ikən Gənc Tamaşaçılar Teatrında bir çox maraqlı çıxışları ilə yadda qalıb. 1964-1974-cü illər arası Akademik Milli Dram Teatrında çalışıb. 1974-cü ildə isə "Azərbaycanfilm" kinostudiyasında işə başlayıb, uzun illər kinostudiyanın nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında, eləcə də dublyaj, səsləndirmə sahəsində çalışıb.. "Şərikli çörək", "Sən nə üçün susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" kimi  filmlərdə  tamaşalarında çəkilib. 

Onun ifasında Mikayıl Müşfiqin "Yenə o bağ olaydı", Bəxtiyar Vahabzadənin "Bir salama dəymədi", Cabir Novruzun "Sən elə bir vaxtda rast gəldin mənə" və başqa görkəmli şairlərin onlarla şeiri  tamaşaçı, dinləyici sevgisi ilə qarşılanıb.

Əminə Yusifqızı 1982-ci ildə "Əməkdar artist", 2010-cu ildə "Cəfər Cabbarlı" mükafatı, 2016-cı ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.

İllər ondan nə alıb deyə bilmərik amma qazandığı Azərbaycan qədər sevgidir.Bu sevgi içdən içə ötürülən bir səsin sirri və pərəstişidir. 

Dəyərli sənətkarımızı "Xəzər  TV " adından bizdə təbrik edir, ona cansağlığı və yeni-yeni uğurlar  arzulayırıq! 

Xəbər lenti