Xəzər Xəbər

Azərbaycana daha 20 ölkədən uçuşlara icazə verilib VİDEO

Veb TV | 23:02 • 2 Avqust 2021
Azərbaycana daha 20 ölkədən uçuşlara icazə verilib

Azərbaycanın daha 20 ölkə ilə hava əlaqələri bərpa olunur.

Xezerxeber.az xəbər verir ki, Baş nazir Əli Əsədov "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərarda dəyişiklik edib.

Dəyişikliyə əsasən, 20 ölkənin vətəndaşları, həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə, vətəndaşlığı olmayan şəxslərin Azərbaycana giriş-çıxışına icazə verilir.

Millət vəkili Musa Quliyevin fikrincə, peyvəndləmənin ölkəmizdə yüksək səviyyədə aparılmasının nəticəsidir ki, son günlər ard-arda müsbət qərarlar verilir. Həm də qərarda adı çəkilən ölkələrdə də effektiv vaksinasiya tətbiq edilib.

Qeyd edək ki, daha öncə 9 ölkə vətəndaşlarına Azərbaycana giriş-çıxış icazəsi verilmişdi. Yeni siyahı ilə artıq bu ölkələrin sayı 29-a yüksəldi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 

 

Xəbər lenti