Xəzər Xəbər

Türkiyədə DƏHŞƏT YAŞANIR: xeyli sayda kənd boşaldıldı, ölənlər var VİDEO

Veb TV | 15:35 • 29 İyul 2021
Türkiyədə DƏHŞƏT YAŞANIR: xeyli sayda kənd boşaldıldı, ölənlər var

Türkiyənin Antalya şəhərində dünəndən başlayan meşə yanğınları Manavqat qəsəbəsində şiddətlənib.

Qəsəbənin 4 fərqli nöqtəsində meşə yanğını başlayıb. Məlum olub ki, yanğın yaşayış yerləri və əkinçilik sahələrinə də sıçrayıb. Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirli keçirilən mətbuat konfransında bildirib ki, yanğında 3 vətəndaş dünyasını dəyişib. Nazirin sözlərinə görə, Manavqat mahalının Dikmen məhəlləsində meşəlik ərazidə davam edən yanğın küləyin təsiri ilə böyüyüb və qısa müddətdə bir çox evə yayılıb.

B.Pakdemirli bildirib ki, Türkiyənin müxtəlif yerlərində davam edən yanğınla əlaqədar Antalyanın 18 kənd və məhəlləsi, Adananın 11 kəndi, Mersinin isə 5 kəndi təhükəsizlik məqsədilə boşaldılıb.

Hadisə zonasına giriş tamamilə bağlıdır. Sakinlər polis dəstələri tərəfindən təxliyə edilib.

4 nöqtədən başlayan yanğınlarda qəbiristanlıqlar, zeytun bağları, dəfnə və badam bağları da alovların ortasında qalıb. Yanğın nəticəsində bölgədə heyvanlar tələf olub.

Meşə yanğınlarından zərər çəkmiş şəxslərin sayının 62 nəfərə çatdığı vurğulanıb./Publika.az

Xəbər lenti