Xəzər Xəbər

Cəlilabadın Cavad Xan küçəsi qazlaşdırmadan kənarda qalıb - ŞİKAYƏT VİDEO

Veb TV | 20:22 • 13 İyun 2021
Cəlilabadın Cavad Xan küçəsi qazlaşdırmadan kənarda qalıb - ŞİKAYƏT

Cəlilabad rayonunun Cavad Xan küçəsinin sakinləri qazsızlıqdan şikayətçidirlər.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyir ki, evlərində qaz yoxdur, halbuki küçənin 100 metrliyindən xətt keçir.

Onların sözlərinə görə, ilk gündən etibarən bu küçənin fərdi təsərrüfatlarında qazlaşdırma işləri görülməyib. Ona görə də xüsusilə qış aylarında çox əziyyət çəkirlər.

Ətrafda qaz ola-ola Cavad  Xan küçəsinin qazsız qalmasına "Azəriqaz" İstehsalat Birliyindən münasibət bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar