Xəzər Xəbər

Mənzil bazarında bahalaşma var VİDEO

Veb TV | 19:38 • 13 İyun 2021
Mənzil bazarında bahalaşma var

Azərbaycanda yeni tiklən evlərin qiyməti bahalaşıb. Qiymət artımı həm bina, həm də fərdi evlərdə müşahidə edilir.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə əmlak eksperti Nofəl Quliyev deyib.

O bildirib ki, son aylar mənzil bazarında qiymət artımı müşahidə edilir. Onun fikrincə, səbəb tikinti materiallarının qiymətinin kəskin bahalaşmasıdır.

Ekspertin sözlərinə görə, tikinti materialları bazarında son 2-3 ayda təxminən 15-20 faizə qədər bahalaşma var. Bu da yeni tiklən həm bina, həm də həyət evlərinin qiymətinə təsir edib.

Qeyd edək ki, 1-ci zona hesab edilən şəhərin mərkəzində əvvəllər yeni tikli binalarda kvadratı 1600-1800 manata təklif olunan evlər indi 1850-2000 min manatadır.

Ekspert deyib ki, son bir neçə ildə daşınmaz əmlak bazarında qiymətlər stabil olaraq qalırdı. Tikinti materiallarının bahalaşması fonunda fərdi ev və mənzil bazarındakı qiymət artımı bu sektordakı dinamikaya böyük təsir göstərib. Qiymət artımı hətta şəhər mərkəzindən bir qədər kənar hesab edilən 3-cü zonada da müşahidə olunur. Məsələn, Xətai rayonu, "Əhmədli", "Həzi Aslanov" metrostansiyalarının ətrafında son iki aya qədər kvadratı 700-800 manata satılan evlər indi 900-1100 manata qədər qalxıb. Günəşli, Qaraçuxur və Bakıxanov qəsəbələrində də oxşar vəziyyətdir.

Rieltor Həşim Qədirov deyib ki, son bir neçə ayda müşahidə olunan qiymət artımı satışa da təsir edib. Əvvəllər bir ayda 3-4 mənzil satıldığı halda indi ay ərzində 1 ev belə çətinliklə satılır.

Ekspert Nofəl Quliyev isə hesab edir ki, tikinti materialları bahalaşmaqda davam edərsə, payız-qış aylarında daşınmaz əmlak bazarında durğunluq olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar