Xəzər Xəbər

60-dan çox ağacı kim və niyə məhv edib? VİDEO

Veb TV | 19:46 • 2 Aprel 2021
60-dan çox ağacı kim və niyə məhv edib?

Gecə Bakıda obyektlərin qarşısındakı 60-dan çox ağac məhv edilib. Obyektin sahibi və işçilər iddia edirlər ki, ağaclar bir qrup şəxs tərəfindən qəsdən qırılıb. Hadisə yerinə səhər saatlarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Nərimanov rayon İcra Hakimiyyəti və polis idarəsinin əməkdaşları gələrək araşdırmalar aparıblar.

Bakıda gecə saatlarında 60-dan çox yeni əkilən ağaclar məhv edilib.

Hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti və Dərnəgül 1 ünvanının kəsişməsində, yol kənarında tikinti materialları satılan obyektlərin qarşısında qeydə alınıb. Ərazidə fəaliyyət göstərən sahibkar Vüqar Dəmirov bldirib ki, məhv edilən ağaclar Xan çinarı və Leylandr növünə aid olub. Şikayətçilər vurğulayıblar ki, ağaclar ötən ilin sentyabr ayında qanuni şəkildə əkilib.

Çox çəkmədi ki, sahibkarların ittiham etdiyi Qurban Məmmədov adlı şəxs də əraziyə gəldi. O, iddia edir ki, ağacların əkildiyi səhə onun rəhbərlik etdiyi ictimai birliyə məxsusdur və bunu sübut edəcək rəsmi sənədləri də var.

Məsələyə  Ekalogiya və Təbii Sərvətlər Nazirliyi də münasibət bildirib. Belə ki, hadisə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.  Xidmətin rəsmisi Vaqif Cavadov bildirib ki, fakt təsdiqini tapıb, ərazidə çinar, şam və leylandr ağaclarının kəsildiyi müəyyən edilib. ''Hazırda ağac kəsənlərin tapılması və təbiətə dəymiş ziyanın məbləğinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır''-deyə Vaqif Cavadov bildirib.

Nərimanov rayon İcra Hakimiyyətindən isə bildirildi ki, sözügedən münaqişəli torpaq sahəsi ilə bağlı məsələ bir neçə dəfə yerində araşdırılıb və Dövlətə  məxsus olması müəyyən edilib. Münaqişə predmeti olan həmin ərazidəki torpaq sahəsinin zəbt olunmasının dəfələrlə qarşısı alınib, sonradan həmin ərazi müvafiq cizgiyə əsasən yaşıllaşdırılib. Qanunsuz olaraq məhv edilmiş yaşıllıqların yenisi ilə əvəz olunması yenidən təmin ediləcək. O cümlədən, yaşıllıqların məhv olunmasında günahkar şəxslərin məsuliyyətə cəlb olunması məqsədilə, Rayon Polis İdarəsi tərafindən araşdırılma aparılır.

 

 

Xəbər lenti