Xəzər Xəbər

Bakıda musiqi məktəbindən oğurluq edənlər saxlanıldı VİDEO

Veb TV | 19:53 • 2 Aprel 2021
Bakıda musiqi məktəbindən oğurluq edənlər saxlanıldı

Bakıda məktəbdən oğurluq edən şəxslər saxlanıb. Məlum olub ki, iki nəfər musiqi məktəbindən müəllimin içində pul və bank kartı olan çantasını oğurlayıb. Həmin şəxslər eyni üsulla, yəni müxtəlif təyinatlı obyektlərə daxil olaraq oradan 6 çanta oğurlayıblar.

Musiqi məktəbindən oğurluq edən şəxslər saxlanıb.

Hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib. Təhsil müəssisəsinə daxil olan şəxslər məktəbin zalında oturacağın üzərində nəzarətsiz qalan və içərisində 100 manat, eləcə də, kartlar olan çantanı oğurlayıblar. 

Daha sonra həmin şəxslər kartlardan ümumilikdə 3 min manat yaxın pul çıxararaq təkrar oğurluq ediblər. Zərərçəkən şəxs hadisə barədə polisə məlumat verən kimi cinayəti törədənlərin axtarışlarına başlanıb. Polis hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş İmran Kərimov və Fuad Sadıxovu tutaraq istintaqa təqdim edib.

Araşdırma zamanı onların eyni üsulla, yəni müxtəlif təyinatlı obyektlərə daxil olaraq sahibləri tərəfindən nəzarətsiz qalan daha 6 nəfərin  çantasını oğurladıqları da məlum olub. İmran Kərimov və Fuad Sadıxovun paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. 

Xəbər lenti