Xəzər Xəbər

Gənc əsgərlər xidmət yerlərinə yola salınıblar VİDEO

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlər xidmət yerlərinə yola salınıblar
Veb TV | 19:26 • 29 Mart 2021
Gənc əsgərlər xidmət yerlərinə yola salınıblar

Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kursları başa çatan gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar.

Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, mərasimdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edildikdən və Dövlət Himnimiz səsləndirildikdən sonra çıxış edənlər məşğələlərdə yenilməz döyüşçü keyfiyyətlərinə yiyələnən gənc əsgərlərə xidmətlərində uğurlar arzulayıblar.

Çıxışların ardından əsgərlər müxtəlif ixtisaslar üzrə qazandıqları bilik və bacarıqları nümayiş etdiriblər.

Yolasalma mərasimi şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.

 

Xəbər lenti

Çox oxunanlar