Xəzər Xəbər

Xankəndi tibb müəssisəsində ilk körpə dünyaya gəldi FOTOLAR

Cəmiyyət | 17:13 • 23 Aprel 2024
Xankəndi tibb müəssisəsində ilk körpə dünyaya gəldi

İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində 1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib.

Xezerxeber.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, doğulan körpənin cinsi kişi, çəkisi 3 000 qr, boyu 49 sm-dir.

Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.

Xəbər lenti