Xəzər Xəbər

Küləksiz havada ağacların aşmasının səbəbi nədir? – ARAŞDIRMA VİDEO

Veb TV | 20:00 • 28 Aprel 2024
Küləksiz havada ağacların aşmasının səbəbi nədir? – ARAŞDIRMA

Bakının mərkəzində irigövdəli ağac kökündən çıxaraq hərəkətdə olan avtobusun üzərinə aşıb. 

Hadisə dünən axşam saat 22:00 radələrində "Azneft" dairəsi yaxınlığında qeydə alınıb.

Belə ki, kökündən çıxan ağac hərəkətdə olan 6 nömrəli "Baku Bus" marşrutunun üzərinə aşıb.

“BAKU BUS MMC”-dən "Xəzər Xəbər"ə verilən məlumata görə, nəticədə avtobusa ziyan dəyib.

Qeyd edək ki, ötən gün aşxam saatlarında hava küləkli olmayıb.

Bəs, ağacın aşmasına səbəb nə olub?

Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə əlaqə yaratmağa çalışsaq da heçbir cavab ala bilmədik.

Ekspertlərin sözlərinə görə isə, Bakıda ağaclara qulluq düzgün həyata keçirilmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti