Xəzər Xəbər

Şəhid Rasim Mustafayev - Düşmənin müdafiə xəttini ilk yaran qəhrəmanlarımızdan olub VİDEO

Veb TV | 19:49 • 29 Mart 2021
Şəhid Rasim Mustafayev - Düşmənin müdafiə xəttini ilk yaran qəhrəmanlarımızdan olub

Vətən müharibəsində düşmənin müdafiə xəttini ilk yaranlardan biri də şəhid Rasim Mustafayevdir. Onun ən böyük arzusu işğal altındakı torpaqlarımızın azad ediləcəyi döyüşlərdə iştirak etmək olub. Rasim Mustafayev ölmündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Ən böyük arzusu işğal altındakı torpaqlarımızı azad görmək idi. O torpaqlar uğrunda da canı fəda etdi.

Söhbət haqqında şeirlər yazılan, Oğuzun Xaçmaz kəndindən olan şəhid Rasim Mustafayevdən gedir. 1990-cı ildə anadan olan Rasim hərbi xidmətini Naxçıvanda başa vurub. Qəhrəmanımızın dostları və döyüş yoldaşları doğum günündə onun ailəsinə baş çəkiblər. 

Yaxınlarının sözlərinə görə, Rasim hər zaman vətənpərvərliyi və mərdliyi ilə seçilib. Ən böyük arzusu işğal altındakı torpaqlarımızın azad ediləcəyi döyüşlərdə iştirak etmək olub.

Rasim Mustafayev Vətən Müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Ötən il oktyabrın 7-də Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Rasim Mustafayev ölmündən sonra "Vətən Uğrunda" medalı ilə təltif edilib.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024