Xəzər Xəbər

Xaricdən avtomobil alarkən aldanmamaq üçün nələrə diqqət edilməlidir? – ARAŞDIRMA VİDEO

Veb TV | 20:50 • 28 Aprel 2024
Xaricdən avtomobil alarkən aldanmamaq üçün nələrə diqqət edilməlidir? – ARAŞDIRMA

Xaricdən avtomobil aldılar, ancaq yol pulları ödənmədiyi üçün maşınları Gürcüstanın Poti limanından buraxılmayıb.

Daxili işlər Nazirliyindən “Xəzər Xəbər”ə bildirilib ki, bir neçə gün əvvəl 10 nəfərə yaxın şəxs polisə müraciət edərək bir nəfərin onları aldatdığını, avtomobillərini və yol pullarını ələ keçirdiyini bildiriblər.

Məlum olub ki, zərərçəkənlər Koreyadan aldıqları avtomobillərin Azərbaycana gətirilməsi ilə bağlı həmin şəxsə daşınma xərci və xidməthaqqı ödəyiblər.

Lakin avtomobillər Gürcüstanın Poti limanına kimi gətirilsə də, sonradan Azərbaycana göndərilməyib və maşınlar orada qalıb. Polis dərhal həmin şəxsi həbs edib. Məlum olub ki, saxlanılan şəxs Koreyadan maşın alıb gətirmək adı ilə daha bir nəfərdən də 93 500 manat alıb. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin külli miqdarda dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bəs xaricdən avtomobil alan zaman aldadılmamaq üçün nələrə diqqət etmək lazımdır?

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti