Xəzər Xəbər

Bakı, Sumqayıt və Abşeron sakinlərinə mühüm xəbər: 1 apreldən başlayır VİDEO

Veb TV | 19:54 • 29 Mart 2021
Bakı, Sumqayıt və Abşeron sakinlərinə mühüm xəbər: 1 apreldən başlayır

3 gün sonra icbari tibbi sığortanın respublika üzrə mərhələli şəkildə tətbiqi yekunlaşacaq.  Aprelin 1-dən  Bakı, Sumqayıt şəhərlərində o cümlədən Abşeron rayonu ərazisində yaşayan sakinlər də tibbi xidmətlər zərfindən pulsuz istifadə edə biləcəklər. Bəs tibbi xidmətlərə görə hansısa məhdudiyyət  varmı? Vətəndaşlardan hansı hallarda ödəniş tələb oluna bilər? Bu suallara icbari tibbi sığorta agnetliyinin department rəhbəri aydınlıq gətirib. 

İcbari tibbi sığorta xidmətlərində müəyyən limitlər tətbiq olunacaq. 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Departament rəhbəri Aynurə Əhmədova bildirib ki, aprelin 1-dən etibarən icbari tibbi sığorta ölkənin bütün şəhər və rayonları üzrə tətbiq ediləcək. Onun sözlərinə görə, icbari tibbi sığortanın xidmətlər zərfinə 2550 sayda tibbi xidmət və 3500 dən çox tibbi diaqnoz daxildir. Bəzi xidmətlər üzrə limit nəzərədə tutulub. Vətəndaşlar limiti keçdiyi zaman ödəniş edəcəklər.

Departament rəhbəri vurğuladı ki, əməliyyatlar üzrə də limitlər tətbiq olunacaq.

Aynurə Əhmədova bildirdi ki, Bakıda yaşayan, rayon qeydiyyatında olan şəxslər icbari tibbi sığortadan yararlanmaq üçün mütləq hazırda yaşadıqları yerdə müvəqqəti qeydiyyata düşməlidirlər. Pulsuz xidmət almaq üçün tibb müəssisəsinə müraciət edərkən həmin sənəd də təqdim edilməlidir. Əks halda, həmin şəxslər bu xidmətdən yararlana bilməyəcəklər. Qeyd edək ki, icbari tibbi sığortanın xidmətlər zərfi ilkin səhiyyə xidmətləri, təcili tibbi yardım, ambulator və stasionar şəraitdə göstərilən tibbi xidmətləri əhatə edir. Stasionar müalicə alarkən dərman və tibbi ləvazimatlara görə əlavə ödəniş tələb olunmur.Amma Ambulator şəraitdə müalicə alan şəxslər dərmanları öz vəsaitləri ilə almalı olacaq.  İlkin səhiyyə xidmətləri poliklinikalarda, sağlamlıq mərkəzlərində və tibb məntəqələrində göstərilir. Onu da əlavə edə ki, vətəndaşlar göndəriş əsasında bəzi özəl klinikalarda da icbari tibbi siğorta üzrə xidtmətlərdən pulsuz istifadə edə biləcəklər.  

 

Xəbər lenti