Xəzər Xəbər

Azərbaycanla sərhəddə yaşayan erməni sakinlərə partlayışla bağlı xəbərdarlıq edilib

Dünya | 08:48 • 29 Aprel 2024
Azərbaycanla sərhəddə yaşayan erməni sakinlərə partlayışla bağlı xəbərdarlıq edilib

Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş bölgəsinin Berkaber kəndindən 1540 metr şimal-şərqdə partlayış işləri aparılacağına dair yerli sakinlərə xəbərdarlıq edilib.

Xezerxeber.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, partlayış 08:10-dan 08:40-dək olan vaxt aralığında baş verəcək.

Sakinlərdən panikaya düşməmək xahiş olunub.

Xəbər lenti