Xəzər Xəbər

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir VİDEO

Veb TV | 15:14 • 2 Avqust 2020
Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir

Hərbi əməkdaşlıq haqqında sazişə əsasən ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi keçirilib.


XəzərXəbər-in Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, plana əsasən tapşırıqların yerinə yetirilməsinin operativliyi və koordinasiya edilməsi, qarşılıqlı fəaliyyətin və uzlaşmanın təşkili, döyüş əməliyyatları zamanı təminatın həyata keçirilməsi, eləcə də şəxsi heyətin, silah və döyüş texnikasının səmərəli fəaliyyəti yoxlanılıb.


Təlimin ssenarisinə uyğun olaraq təyin edilmiş məntəqələrə çıxarılan motoatıcı və zirehli texnika bölmələri tapşırıqları icra ediblər.


Təlimlər davam edir.


Xəbər lenti

Çox oxunanlar