Xəzər Xəbər

Tövsiyələrə əməl etməyən xəstələrin müalicəsi olduqca çətin keçir - AÇIQLAMA - VİDEO

Veb TV | 19:45 • 27 Mart 2020
Tövsiyələrə əməl etməyən xəstələrin müalicəsi olduqca çətin keçir -

Xəstəliyi ciddiyə almayan vətəndaşlarda ağırlaşmalar baş verir. Onların müalicəsi də digər xəstələrə nisbətən olduqca çətin olur.

Bunu "Xəzər Xəbər "ə açıqlamasında TƏBİB-in şöbə müdiri Şükür Eyvazov deyib.

Şöbə müdirinin sözlərinə görə, koronavirusa yoluxan xəstələrin müalicəsi üçün xüsusi rejimli xəstəxanalarda bütün tədbirlər görülür. Lakin qabaqlayıcı tədbirlərə və tövsiyələrə əməl etməyən xəstələrin müalicəsi olduqca çətin həyata keçirilir.

Şükür Eyvazov onu da əlavə edib ki, virusa yoluxan şəxslərin kimləri yoluxdurduğunu müəyyən etmək də kifayət qədər çətin prosesdir. Odur ki, hər kəs karantin rejiminə əməl etməlidir.

Qeyd edək ki, ölkə ərazisində hazırda xüsusi karantin rejimi tətbiq edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti