Xəzər Xəbər

Avtomobilin yük yerində Bakıya adam gətirən şəxs tutulub - VİDEO

Veb TV | 18:50 • 27 Mart 2020
Avtomobilin yük yerində Bakıya adam gətirən şəxs tutulub -

Avtomobilin yük yerində paytaxta adam gətirən şəxs tutulub.

Xezerxeber.az-ın məlumatına görə, xüsusi karantin rejiminin tələblərini pozaraq Bakı-Ələt yolunun 65-ci kilometrliyində qurulan müvəqqəti postdan paytaxt istiqamətində rayon qeydiyyatlı şəxsi keçirən sürücü tutulub. Daxil olan əməliyyat məlumatı əsasında yük daşıma xidmətlərindən birində sürücü işləyən Sabirabad rayon sakini Samit Qədirov saxlanıb. Araşdırma zamanı müəyyən olunub ki, Samit Qədirov Bərdə rayonunda qeydiyyatda olan və paytaxta gəlmək istəyən sürücülərdən biri ilə razılığa gələrək 40 manat müqabilində ona məxsus avtomobili idarə etdiyi evakuatorun yük yerində həmin şəxsi isə evakuatorun salonunda gizlədərək xüsusi buraxılış rejimi qaydalarına riayət etmədən keçirib.

Keçirilən daha bir tədbir zamanı xüsusi karantin rejimi qaydalarına əməl etməyərək paytaxt sakini Tufan Qəmbərov və Sabirabad rayon sakini Əflatun Babalıyev tutulublar. Araşdırma zamanı müəyyən edilib ki,Tufan Qəmbərov pul müqabilində idarə etdiyi avtomobilin yük yerində Əflatun Babalıyevi gizli olaraq Bakı-Ələt yolundakı xüsusi postdan keçirərək paytaxta gətirəcəyi barədə əvvəlcədən razılaşıb. Tufan Qəmbərov həmin şəxsi postdan keçirəndən bir neçə kilometr sonra polis əməkdaşları tərəfindən saxlanıb.

Hər iki faktla bağlı ''epidemiya əleyhinə və karantin rejimlərinin pozulması'' maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti