Xəzər Xəbər

Yusif Səfərov küçəsində ciddi dəyişikliklər olacaq VİDEO

Veb TV | 20:05 • 5 Mart 2020
Yusif Səfərov küçəsində ciddi dəyişikliklər olacaq

Yusif Səfərov küçəsində yol hərəkətinin təşkilində ciddi dəyişikliklər olacaq. Şah İsmayıl Xətainin heykəli yolun ortasından götürüldükdən sonra ilk olaraq həmin hissədə olan geridönüş ləğv edilib. Ortada genişləndirmə işləri aparılıb və yeni asfalt qatı vurulub. Yolda daha hansı yeniliklər gözlənir?

Paytaxtın Yusif Səfərov küçəsində nəqliyyatın hərəkətinin təşkilində dəyişiklik edilir. Şah İsmayıl Xətainin heykəli götürüldükdən sonra küçədə üzü şəhər istiqamətində olan yeganə geridönüş yeri ləğv edilib. Artıq Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları həmin hissədə işlərə başlayıb və yol müəyyən qədər genişləndirilib..

Hazırda genişləndirilən hissəyə yeni asfalt qatı vurulur. Agentliyin sözçüsü Anar Nəcəfli deyir ki, ilkin mərhələdə yol bağlansa da, yaxın günlərdə həmin ərazidə hərəkətin təşkilində ciddi dəyşikliklər olacaq.

Əldə etdiyimiz məlumata görə, heykəl götürülən yerdən avtomobillərin birbaşa 28 may küçəsinə keçidi mümkün olacaq və burada hərəkət işıqforla tənzimlənəcək.

Bundan başqa, Nizami və Sabit Orucov küçələri də Yusif Səfərov küçəsini kəsməklə birbaşa əlaqələndiriləcək.

Xəbər lenti

Çox oxunanlar