Xəzər Xəbər

İş yerində koronavirusa qarşı qabaqlayıcı - TƏDBİRLƏR AÇIQLANIB VİDEO

Veb TV | 19:58 • 29 Fevral 2020
İş yerində koronavirusa qarşı qabaqlayıcı - TƏDBİRLƏR AÇIQLANIB

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun iş yerlərində yayılmasının qarşısını almaqla bağlı müvafiq tövsiyələrini açıqlayıb. Qurumun açıqlamasında bildirilir ki, bu tövsiyələr həmçinin qrip və başqa yoluxucu xəstəliklərin də yayılmasına qarşı səmərəli ola bilər. Virusdan qorunmaq üçün gündəlik hansı qabaqlayıcı tədbirləri etməliyik?

Dünyada geniş yayılan koronavirusun yeni növündən qorunmaq üçün günümüzün böyük əksəriyyətini keçirdiyimiz iş yerlərində də profilaktik tədbirlərin görülməsinə ehtiyac var. Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatının bir sıra məsləhətləri var.

Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumatda bu tədbirlərin ən effektiv qabaqlayıcı tədbirlər olduğu bildirilir. Dezinfeksiya işlərinin gün ərzində bir neçə dəfə təkrarlanmasını xatırlatmaq üçün kağız və digər vasitələrdə qeyd olunması tövsiyyə edilir.

İşəgötürənlər isə işçilərin sağlamlığı üçün iş yerlərində istifadə olunmuş maska və salfetlər üçün qapalı qutular təşkil etməli, o cümlədən ofisləri gigiyenik vasitələrlə təmin etməlidir.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrində o da qeyd olunur ki, iş yerində yüngülcə öskürək və ya kiçik qızdırması, yaxud virusun başqa yüngül əlamətləri olan əməkdaşlar mütləq evdə qalmalıdırlar.

Xəbər lenti