Xəzər Xəbər

Bakıda və bölgələrdə bəzi şəxslər evlərində səs veriblər VİDEO

Veb TV | 20:08 • 9 Fevral 2020
Bakıda və bölgələrdə bəzi şəxslər evlərində səs veriblər

Bakıda və bölgələrdə bəzi şəxslər evlərində səs veriblər. Səs vermək üçün məntəqələrə əvvəlcədən müraciət edənlərin ünvanlarına səyyar seçki qutularıdaşınıb. Seçicilər rahat formada öz namizədlərinə səs veriblər. Lənkaranda 115 yaşlı seçici də öz evində namizədinə səs verib

Bəzi yaşlı və fiziki məhdudiyyətli insanlar səhhətləri ilə əlaqədar öz mənzillərindən çıxmadan səs veriblər. Seçki məntəqələrinin əməkdaşları müşahidəçilərin iştirakı ilə səyyar seçki qutularını ərizə ilə müraciət edən insanların ünvanlarına aparıblar.

Öz mənzilindən çıxmadan səs vermək üçün müraciət edən şəxslərdən biri də Qarabağ müharibəsi iştirakçısı Fəxrəddin Qurbanovdur. 8 saylı Binəqədi seçki dairəsi, 4 saylı seçki məntəqəsinin əməkdaşları onun yaşadığı ünvana gediblər. Elə həmin ünvanda 80 yaşlı nənə də səs verib.

Bakı ilə yanaşı bölgələrdə də daşınan seçki qutuları müraciət edən vətəndaşların ünvanına aparılıb. Lənkəranın ən yaşlı sakini 115 yaşlı Səbikə Axundova da öz mənzilində səs verib. Onun adı 75 saylı Lənkəran-Masallı Seçki Dairəsində qeydiyyata alınıb.

24 saylı Şirvan Seçki Məntəqəsinə 3 nəfər fiziki məhdudiyyətli vətəndaş da ərizə ilə müraciət edərək məntəqəyə gələ bilməyəcəklərini öz ərizələri ilə bildiriblər. Vətəndaşların müraiəti nəzərə alınaraq,seçki qutuları və seçki buletenləri evə aparılıb.

Oğuz-Qəbələ rayonları üzrə 117 nömrəli dairənin Bayan kəndində olan 29 nömrəli məntəqəyə isə öz mənzilində səs vermək üçün ümumilikdə 45 nəfər müraciət edib. Həmin vətəndaşların da seçki hüququ tam təmin edilib.

Xəbər lenti

Çox oxunanlar