Xəzər Xəbər

Seçkilər cəbhə bölgəsində fəal keçib VİDEO

Veb TV | 20:02 • 9 Fevral 2020
Seçkilər cəbhə bölgəsində fəal keçib

Seçkilər cəbhə bölgəsində də fəal keçib. Təmas xəttinə yaxın olan kəndlərdə olan məntəqələrə gələn sakinlər namizədlərinə səs veriblər.

Cəbhə kəndlərində də seçki prosesi axarı ilə davam edib.

Tovuzun düşmənlə təmas xəttinə yaxın olan Ağdam kəndindəparlament seçkilərində seçici aktivliyi müşahidə edilib.

7 namizədin millət vəkilliyi uğrunda mübarizə apardığı, 47 min 98 nəfər seçicisi olan 105 saylı Tovuz şəhər seçki dairəsinin 40 məntəqəsindən biri olan 21 saylı seçki məntəqəsində900-ə yaxın seçici qeydə alınıb.

Məntəqənin yüz yaşdan yuxarı bir və 8 nəfər ilk dəfə səs verənseçicisi var. Məntəqə və namizəd müşahidəçilərinin izləməsi ilə keçən seçkilər hər yerdə olduğu kimi şəffaf və qanuna uyğun şəkildə baş tutub.

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsinin 18 saylı məntəqəsində isə 982 seçici qeydiyyatdadır. Havanın soyuq olmasına baxamayaraq Tapqaraqoyunluda yaşayan sakinlər axın-axın məntəqələrə gələrək səs vermədə iştirak ediblər.

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən 9 nəfər namizəd mübarizə aparıb.

Xəbər lenti