Xəzər Xəbər

Azərbaycanda dəhşətli QƏZA Ər və arvadının YANMIŞ MEYİTİ TAPILDI - VİDEO

Veb TV | 18:58 • 29 Noyabr 2019
Azərbaycanda dəhşətli QƏZA

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 2 maşının toqquşmasından sonra yanğın baş verib. Nəticədə avtomobillərin birində olan iki nəfər yanaraq ölüb. Onlar ər-arvad olublar. İmişlidə isə avtomobil ağaca çırpılıb. Sürücü hadisə yerində ölüb. Rayondakı daha bir qəzada isə piyada vurulub.

Ağcabədidə baş verən yol qəzasında ər-arvad yanaraq ölüb.

Rayonun Avşar kəndi ərazisində qeydə alınan hadisə zamanı iki minik avtomobil toqquşub və yanğın baş verib.Qəza nəticəsindəsürücü, Ağcabədi rayon Pəroğullar kənd sakini, 67 yaşlıHüseyn Dədəkişiyevvə onun həyat yoldaşı, 71 yaşlı GüllüDədəkişiyeva yanaraq ölüblər. Qəza nəticəsində digəravtomobilin sürücüsü, rayonun Xocavənd qəsəbə sakini Orxan Məmmədovxəsarətlə xəstəxanaya yerləşdirilib.

İmişlidəki qəza da ölümlə nəticələnib. Hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayon Şahverdili kəndindən keçən hissəsində baş verib. Vüsal Gəncəliyev avtomobillə hərəkətdə olarkən idarə etməni itirib,nəticədə avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Sürücü hadisə yerində dünyasını dəyişib. Onun cəsədi xilasedicilərtərəfindən deformasiya olmuş avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

İmişlidə daha bir qəzada isə piyada vurulub. Hadisə gecə saatlarındaXəlfəli-Qulubəyli yolunda qeydə alınıb. Məzrəli kənd sakini, 28 yaşlı Rövşən İsgəndərovu hərəkətdə olan avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib. Bütün faktlarla bağlı araşdırma aparılır.

Xəbər lenti