Xəzər Xəbər

Rusiyalılar qitələrarası raketin kometa olduğunu düşündülər – VİDEO

Veb TV | 17:51 • 29 Noyabr 2019
Rusiyalılar qitələrarası raketin

Rusiyanın Strateji təyinatlı raket qoşunları Həştərxanın Kapustin Yar poliqonundanqitələrarası raket atəşi həyata keçiriblər.

Bu barədə TASS Müdafiə nazirliyinə istinadən xəbər verir.

Bildirilir ki, sınaq uğurlu keçib: "Topol” raketi Qazaxıstan ərazisində yerləşən Sarı-Şaqan poliqonunda hədəfi məhv edib.

Bu zaman rusiyalılar raketi yer səthinə yaxınlaşan kometa kimi qəbul ediblər.

Kurqan, Tolyatti, Orenburq, İjevsk və digər şəhərlərin sakinləri sosial şəbəkələrdə video görüntülərlə paylaşıblar.

oxu.az

Xəbər lenti