Xəzər Xəbər

Bakıda köşkə masqalı basqın - 2 nəfər həbs edildi VİDEO

Veb TV | 18:45 • 29 Noyabr 2019
Bakıda köşkə masqalı basqın - 2 nəfər həbs edildi

Bakıda köşkə basqın edən şəxslər tutulub. Həmin şəxslər tanınmasınlar deyə köşkə basqın edərkən maska və əlcəkdən də istifadə ediblər. Onlar bıçalqa satıcını hədələyib pul və danışıq kartları götürüblər.

Satıcı əvvəllər işlədiy köşkə dostu ilə basqın edib.

Hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən köşklərdən birində olub. Naməlum maskalı şəxslər obyektə daxil olaraq satıcıya bıçaqla hədə-qorxu gələrək 800 manat və 1000 manat dəyərində mobil operatorlara məxsus danışıq kartları ələ keçiriblər. Faktla bağlı məlumat daxil olan kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanıb. Bakı şəhər Baş Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Altan Ağamalıyev və Lerik rayon sakini Firuz Qasımlı saxlanılıblar.

Onların üzərlərinə baxış keçirilən zaman köşkdən ələ keçirdikləri danışıq kartları, yaşadıqları mənzillərdən isə cinayət zamanı istifadə etdikləri papaqlar, əlcəklər və bıçaq aşkar olunaraq maddi sübut kimi götürülüb. Qeyd edək ki, Altan Ağamalıyev əvvələr həmin köşkdə satıcı işlədiyindən cinayət törətmək təklifini də əvvəlcə o edib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb.Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Xəbər lenti