Xəzər Xəbər

Hacıqabul, Saatlı və Göyçayda ağır yol qəzaları - 4 ölü, 3 yaralı var - VİDEO

Veb TV | 18:34 • 10 Noyabr 2019
Hacıqabul, Saatlı və Göyçayda ağır yol qəzaları -

Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az-ın məlumatına görə, Biləsuvar rayonunda yaşayan Cəbrayıl sakini, 46 yaşlı Qərib Allahverdiyevin idarə etdiyi minik avtomobili Bakı-Qazax magistral yolunun Hacıqabul rayon ərazisindən keçən hissəsində idarəetmədən çıxaraq ayırıcı dəmir səddə çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan sərnişinlər- İmişli sakini Mirqaim Tağıyev və sürcünün həyat yoldaşı- Cəbrayıl sakini 42 yaşlı Sahibə Quliyeva hadisə yerində ölüblər. Sürcü özü isə yüngül xəsarət alıb.

Saatlı rayonunun Musalı kəndi ərazisində də ağır yol-nəqliyyat hadisəsi baş verib. İki minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölən şəxs rayonun Nərimankənd kənd sakini, 46 yaşlı Natiq Əliyevdir. Xəsarət alanlar isə Saatlı rayonu Nərimankənd kənd sakinləri - 21 yaşlı Vüsal Əliyev və 42 yaşlı Hafiz Əliyevdir. Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Göyçay rayonunda isə avtomobilin dirəyə çırpılması ölümlə nəticələnib. Hadisə ötən gecə rayonun Qarabaqqal kəndində qeydə alınıb.

Kənd sakini 35 yaşlı Anar Xəlilov minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb. Hadisə zamanı ağır bədən xəsarətləri alan Anar Xəlilov dünyasını dəyişib. Avtomobilin çırpıldığı elektrik dirəyi aşıb, naqillər qırıldığı üçün iki kəndə elektrik verilişində fasilə yaranıb. Bütün faktlarla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti