Xəzər Xəbər

Azərbaycanda vahid məhkəmə təcrübəsi yaradılır - VİDEO

Veb TV | 18:47 • 10 Noyabr 2019
Azərbaycanda vahid məhkəmə təcrübəsi yaradılır -

Məhkəmələrdə sui-istifadə hallarının qarşısını almaq üçün vahid məhkəmə təcrübəsi yaradılır.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Prezidentin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim etdiyi məhkəmə-hüquq islahatlarınin ikinci qanun layihələri paketindən gedir.

Milli Məclisin Hüquq siyasəti və Dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyir ki, bu sistem vasitəsi ilə məhkəmələrə nəzarət atacaq. Eyni zamanda məhkəmə prosesi iştirakçılarının məhkəmə ekspertizasının aparılması ilə bağlı hüquqları genişləndiriləcək.

Qanun layihələrinə əsasən məhkəmələrin fəaliyyətində aşkar edilən nöqsanların aradan qaldırılması üçün Ali Məhkəmə tərəfindən monitorinqlərin təşkil edilməsi nəzərdə tutulur. Monitorinqlərin nəticələri hakimlərin fəaliyyətinin Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndirilməsi zamanı nəzərə alınacaq. Təklif edilən dəyişikliklərə əsasən yeni bir hüquqi institut - özəl məhkəmə ekspertizası institutu yaradılır, özəl məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olmaq üçün irəli sürülən tələblər müəyyən edilir.

Qeyd edək ki, hazırki sənədlər toplusuna daxil olan layihələr 12 normativ hüquqi akta, o cümlədən bir sıra qanunlara dəyişikliklərin edilməsini nəzərdə tutur. Layihələrin hazırlanması ilə əlaqədar işçi qrupları yaradılaraq beynəlxalq təcrübə də öyrənilib. İlk qanunvericilik aktları paketi bu ilin iyul ayında qəbul edilib. 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək həmin dəyişikliklərə əsasən ixtisaslaşmış məhkəmələrin iki sisteminin - inzibati məhkəmələr və kommersiya məhkəmələrinin yaradılmasının hüquqi təməli qoyulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti