Xəzər Xəbər

Bakı və bölgələrdə 33 yerdə qanvermə aksiyası keçiriləcək - VİDEO

Veb TV | 19:14 • 7 Sentyabr 2019
Bakı və bölgələrdə 33 yerdə qanvermə aksiyası keçiriləcək -

Aşura günü paytaxt Bakı və bölgələrdə 33 yerdə qanvermə aksiyası keçiriləcək.

Xezerxeber.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu il də Məhərrəm ayının ölkəmizdə qaydalara uyğun şəkildə keçirilməsini təmin edəcək. Hər il olduğu kimi bu il də qanvermə aksiyaları keçiriləcək.

İlahiyyatçı alim Ağa Hacıbəyli deyib ki, hər il qanvermə aksiyalarına qoşulanların sayının artması bu əməlin insanlara düzgün çatdırılmasının bariz nümunəsidir.

Qeyd edək ki, Hicri təqvimi ilə Məhərrəm ayı sentyabrın 1-i başlayıb. Aşura günü sentyabrın 10-na təsadüf edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti