Xəzər Xəbər

İngilisləri şoka salan olay: 18 yaşlı hicablı qadın at üstündə... VİDEO

Veb TV | 12:33 • 3 Avqust 2019
İngilisləri şoka salan olay: 18 yaşlı hicablı qadın at üstündə...

Londonda yaşayan Xədicə Mellah adlı hicablı qadın idmançı at yarışının qalibi olub.

Manolya kuboku çərçivəsində keçirilən qadınlardan ibarət yarışa 18 yaşlı hicablı Xədicə Mellah Haverland də qatılıb.

Yarışda 11 rəqibini geridə qoyaraq birincilik əldə edən Mellah İngiltərədə at yarışmalarında qələbə qazanan ilk hicablı qadın kimi tarixə düşüb.

Mellah bu qələbə üçün iki ay öncədən məşqlərə başladığını deyib və sevincini gizlətməyib: "Finiş xəttini keçdiyimə inana bilmirdim...”

Xəbər lenti