Xəzər Xəbər

Xəzər dənizinin sahilini hasarlayanlara qarşı tədbirlərə başlanılıb - VİDEO

Veb TV | 18:56 • 17 İyul 2019
Xəzər dənizinin sahilini hasarlayanlara qarşı tədbirlərə başlanılıb -

Əmlak Məsələləri Dövlət Komitəsi Xəzər dənizinin 20-50 metrlik sahilboyu torpaqlarının mühafizəsi ilə bağlı nəzarəti daha da gücləndirir. Bununla əlaqədar olaraq Xəzər dənizinin Bakı şəhərinin Qaradağ, Xəzər, Suraxanı və Binəqədi rayonları, eləcə də Sumqayıt şəhərinin ərazisində olan zonalarında monitorinq qrupları yaradılıb.

Xezerxeber.az-ın məlumatına görə, aparılan monitorinq zamanı Xəzər dənizinin sahilboyu mühafizə zolağı torpaqlarından qanunsuz istifadə halları aşkarlanır. Xəzər dənizinin mühafizə zolağına aid ərazilərini qeyri-qanuni istifadə edən torpaq mülkiyyətçiləri barədə inzibati protokollar tərtib edilir.

Dənizin sahilindəki torpaqlardan qanunsuz istifadə xüsusilə yay mövsümündə insanların dincəlməsi üçün böyük əngəl yaradır.

Hasarlama işləri yalnız qəfəsəli olmaqla uzunluğu 200 metrdən artıq olmamalıdır və hər 200 metrdən sonra dəniz sahilinə 6 metr enində gediş-gəliş yolu saxlanılmalıdır. Xəzər dənizinin Azərbaycana məxsus olan bölməsinin sahilboyu 20-50 metrlik zolağına aid olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə fiziki, vəzifəli və hüquqi şəxslər müvafiq olaraq 4 min manat, 8 min manat və 40 min manat cərimələnir. Həmçinin Cinayət Məcəlləsində Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara münasibətdə vəzifəli şəxslərin 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum edilməsi nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti