Xəzər Xəbər

Sitrus bağlarında ağacları bütövlükdə quruyur VİDEO

Veb TV | 19:09 • 5 İyul 2019
Sitrus bağlarında ağacları bütövlükdə quruyur

Ağacda əvvəlcə yarpaqlar qurumağa başlayır, sonra üzərində olan meyvələr quruyaraq yerə tökülür,daha sonra isə ağac bütövlükdəquruyur.

Astara rayonunda sitrus bağlarında ağacların quruması halı müşahidə olunur.

Təsərrüfatçılar bunu bir neçə amilnən əlaqələndirir. Onlar deyir ki, ağac çiçək açan vaxt, yəni tozlanma dövründə havaların əlverişsiz keçməsi, əvvəlcə yağışın yağması, ardınca isə temperaturun qısa bir müddətdə yüksəlməsi bu şəraitin baş verməsinə gətirib çıxarıb. Təsərrüfatlarda daha çox naringi, kinkan ağacları zərər görüb.

Astaranın Kijəbə qəsəbəsinin bələdiyyə sədri Ağadadaş Qənbərov bildirir ki, ərazidəki sitrus bağlarında ağclara aqro texniki qulluq göstərilsədəisti hava ilə mübarizə aparmaq olmur. Bağlarda bütün ağacların yox, müəyyən yaş dövründə olan agacların qurumusa hər hansı xəstəliyin olması ehtimalını da artırır.

Dövlət fitosanitar nəzarət xidmətinin astara rayon bitki mühafizə mərkəzindən XəzərXəbər-əbildirildi ki,bağlarda ağacların quruması ilə bağlı hələki müraciət daxil olmayıb.

Xəbər lenti